SEPAH: İsrail Ordusu Livandan çıxmayana qədər regionda sülh olmayacaq
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail Ordusunun Livandan çıxarılmayana qədər regionda sülh olmayacağını iddia edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə bəyanat SEPAH-ın "Telegram" kanalında yayılıb.
"Bu torpaq hələ də İsrailin hücumuna məruz qalır. Beynəlxalq təşkilatların, dünya ölkələrinin etirazları Təl-Əvivin davranışına təsir etməyib, ABŞ-nin sülh yaratmaq bəhanəsi ilə müdaxiləsi isə yalnız cinayətləri artırır", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, regional müharibədə sülhün razılaşdırılması üçün İranın ilk şərti Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsin təmin edilməsidir: "İsrail dərhal Livana hücumları dayandırmalı, qoşunlarını sürətlə çıxarmalı və Livanın ərazi bütövlüyünü tanımalıdır".
Qeyd edək ki, İsrail və Livan nümayəndə heyətləri ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlib. "Hizbullah" isə ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.
Oxşar xəbərlər
Nolo qasırğası yenidən güclənərək 3-cü kateqoriyaya çatdı
Sakit okeanda hərəkət edən Nolo qasırğası Havay adalarının qərbində yenidən güclənərək 3-cü kateqoriyaya yüksəlib. BAKU.WS xəbər verir ki, ABŞ Milli Qasırğa M...