SEPAH: İran istənilən ABŞ hücumuna cavab verməyə hazırdır

SEPAH: İran istənilən ABŞ hücumuna cavab verməyə hazırdır
Dünya 24

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı və "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə ölkəsinin hərbi hazırlıq səviyyəsinin yüksək olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, o, "Tasnim" agentliyinə müsahibəsində qeyd edib ki, ABŞ və İsrail əvvəlki qarşıdurmalar zamanı qarşıya qoyduqları məqsədlərə nail ola bilməyiblər.

SEPAH rəsmisinin sözlərinə görə, hərbi əməliyyatlardan əvvəl səsləndirilən iddialı bəyanatlar döyüş meydanındakı reallığı əks etdirməyib. Həsənzadə bildirib ki, Vaşinqtonun son açıqlamaları ilə bölgədəki faktiki vəziyyət arasında ciddi fərqlər mövcuddur.

General vurğulayıb ki, İran silahlı qüvvələri strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizliyi təmin etmək gücünə malikdir və ölkə xalqının iradəsi regionda mühüm amil olaraq qalır.

O, həmçinin xatırladıb ki, mayın 28-də İran ordusunun bütün bölmələrinin tam döyüş hazırlığı vəziyyətində olduğunu açıqlamışdı. Həsənzadənin sözlərinə görə, ölkə ABŞ və İsrail tərəfindən mümkün hərbi addımlara qarşı operativ cavab vermək imkanına sahibdir.

Qeyd edək ki, son günlər Vaşinqton və Tehran arasında gərginliyin artdığı barədə müxtəlif məlumatlar yayılır və tərəflərin açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər