SEPAH Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olub
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd edilib ki, SEPAH neft və qaz üçün həyati əhəmiyyətli gəmiçilik yolu olan Hörmüz boğazına nəzarət edir.
Su yolundan keçmək istəyən hər hansı bir gəminin raketlərdən və ya dronlardan zərər görmə riski ilə üzləşəcək.
"Hazırda Hörmüz boğazı İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır", - deyə İİKK Hərbi Dəniz Qüvvələrinin rəsmisi Məhəmməd Əkbərzadə Fars xəbər agentliyinə verdiyi açıqlamada bildirib.
ABŞ Prezidenti Donald Tramp dünən ABŞ Hərbi Dəniz Qüvvələrinin neft tankerlərini Körfəzdəki mühüm gəmiçilik marşrutu boyunca müşayiət etməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...