SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
Yeniliklərdən dərhal xəbərdar olun
SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) Tehranda keçirilən hərbi təlimlərdə uşaqlardan istifadə edib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranda İnsan Haqları Təşkilatı - HRANA məlumat verib.
Məlumata görə, SEPAH İran-İraq müharibəsinin anım həftəsi münasibətilə Tehranın şimal-qərbindəki Çitgər parkında təlim keçirib. Bildirilib ki, hərbi təlimdən paylaşılan görüntülərdə azyaşlıların əllərində hərbi silahlar olub.
Təşkilat bəyanat yayaraq vurğulayıb ki, İran hökuməti uşaq hüquqlarını kobud şəkildə pozaraq, 15 yaşdan kiçik şəxslərdən yararlanır.
Qeyd olunub ki, İranda uşaq əməyi, cəza və edam, azyaşlıların nikahı kimi öhdəliklərin bir hissəsi İran hakimiyyəti tərəfindən gözardı edilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...