SEPAH generalı Əli Məhəmməd Naeini öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini cümə günü ölüb.
BAKU.WS xəbər verir ki, o ABŞ və İsrailin İslam Respublikasının ərazisinə endirdiyi hava zərbələri nəticəsində həlak olub.
Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə sübh saatlarında baş verib. Bildirilir ki, SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə müavini və sözçüsü vəzifəsini icra edən Naini hücum zamanı həyatını itirib.
Açıqlamada onun "terror hücumunun qurbanı" olduğu vurğulanaraq, ölüm xəbəri "dərin kədər və eyni zamanda qürur hissi ilə" elan edilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...