SEPAH ABŞ ordusunun PUA-sını vurub
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Xuzistan vilayətinin Əhvaz şəhərində ABŞ-yə aid pilotsuz uçuş aparatı (PUA) vurulub.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Bir az əvvəl vahid milli hava hücumundan müdafiə (HHM) sisteminin idarəçiliyi altında fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən yeni HHM sisteminin atəşi nəticəsində Əhvaz səmasında MQ-9 pilotsuz uçuş aparatı vurulub",-deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə İrana endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...