Şengen zonasına daha iki ölkə qoşulub
Şengen zonası daha iki ölkə ilə genişlənib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yeni qoşulan ölkələr Bolqarıstan və Rumıniya olub.
Beləliklə, Aİ-yə üzv dövlətlər 2025-ci il yanvarın 1-dən etibarən bu iki ölkə ilə daxili quru sərhədlərində yoxlamaları ləğv edəcəklər.
Xatırladaq ki, Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulmaq üzrə danışıqlara hələ 2011-ci ildə başlayıb.
Bolqarıstan və Rumıniyanın Şengenə qoşulması
Rumıniya və Bolqarıstan Şengen zonası ilə "yenidən birləşməyə" hələ 2005-ci ildə, rəsmi olaraq Avropa Birliyinə üzv olmalarından iki il əvvəl başladılar. Onlar Şengenə qoşulmaq üçün ərizələrini 2011-ci ildə təqdim ediblər.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...