Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur

Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur
Dünya 0

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın ABŞ və İsraillə münaqişəsinin başa çatmadığını, islam respublikasının müdafiə strategiyasını davam etdirdiyini bəyan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, S.Xətibzadə qeyd edib ki, Tehranın məqsədi ABŞ-nin "İran daxilində hər hansı məqsədə nail olmasına" imkan verməyərək "düşməni məğlub etməkdir".

"Düşünürəm ki, müharibənin başa çatdığını demək çətindir. Müharibə bütün cəbhələrdə bitməyincə, sülh təmin oluna bilməz. Buna görə də hesab edirəm ki, İran öz milli təhlükəsizliyini riskə ata bilməz. İran müxtəlif cəbhələrdə yüksək hazırlıq vəziyyətində və müdafiə mövqeyində qalmağa davam edəcək", - diplomat İran XİN-in analitik mərkəzi olan Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun (IPIS) platformasında deyib.

Onun sözlərinə görə, hazırda "bu müharibənin dayandırılmasına və onun əsas səbəblərinin aradan qaldırılmasına diqqət yetirmək" lazımdır. "İslamabadda danışıqlarda və sonra təklif etdiyimiz kimi bununla məşğul olacağıq", - Xətibzadə əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər