Seçki ərəfəsində Bayden və Harris komandaları arasında fikir ayrılıqları məlum olub

ABŞ prezidenti Co Bayden administrasiyası ilə vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentlik yarışındakı komandası arasında münasibətlər seçki yaxınlaşdıqca daha da gərginləşir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Axios portalı öz mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, Baydenin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsinə kömək etmək istəyir, lakin prezidentin ətrafının çoxu onun yenidən seçilməkdən imtina etmək məcburiyyətində qalmasından narazıdır.
Məqalədə qeyd olunur ki, Ağ Ev Harris kampaniyası ilə lazımi səviyyədə koordinasiya etmir. Beləliklə, Baydenin son mətbuat konfransı Harrisin Miçiqanda etdiyi mühüm çıxışla üst-üstə düşdü və bu, Amerika mediasında xanım namizədin çıxışına diqqətin azalmasına səbəb olub.
Bundan əlavə, Ağ Evdə bəzi administrasiya işçilərinin Harrisin seçki qərargahına köçürülməsinə narazı olanlar var.
Oxşar xəbərlər
Tramp Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi üçün şərt qoydu
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib, ancaq iki əsas şərt yerinə yetirildiyi təqdirdə: əgər bütü...
