"Schiphol" hava limanında iki təyyarə toqquşub
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandın "Amsterdam Airport Schiphol" hava limanında "KLM" aviaşirkətinə məxsus iki təyyarə bir-birinə dəyib.
BAKU.WS ANP agentliyinə istinadən xbər verir ki, təyyarələrdən biri dayanmış vəziyyətdə olub, digər hava gəmisi isə yedəklənərkən ona toxunub.
Hadisənin səbəbləri hazırda araşdırılır və hər iki təyyarə texniki baxışdan keçirilir.
Şirkət rəsmisi bildirib ki, məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılır və təyyarələr istismara qaytarılmamışdan əvvəl tam yoxlanış aparılacaq. Qəza nəticəsində xəsarət alan olmayıb.
Məlumata əsasən, təyyarələrdən biri Afina istiqamətində uçmalı idi, digəri isə Birmingemdən yenicə enmişdi. Sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub və alternativ reyslərə yerləşdirilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...