Saxalin limanında yük gəmisi çevrilib
Yeniliklərdən dərhal xəbərdar olun
Saxalinin Korsakov limanında çınqıl və qum daşıyan "Qriqori Lovtsov" yük gəmisi çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko öz teleqram kanalında məlumat verib.
"İlkin məlumata görə, həddindən artıq yüklənmə zamanı gəmi əyilib və çevrilib. Göyərtədə yeddi ekipaj üzvü olub. Üç nəfəri xilas etmək mümkün olub, dörd nəfərin taleyi hələlik məlum deyil", - deyə rayon rəhbəri yazıb.
Limarenko əlavə edib ki, hazırda limanda axtarış-xilasetmə əməliyyatı aparılır. Hadisə yerində iki yedək gəmisi və bir xilasedici gəmi işləyir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...