SAXAL Livandakı əməliyyatlardan sonra ilk dəfə itkilərini AÇIQLADI

SAXAL Livandakı əməliyyatlardan sonra ilk dəfə itkilərini AÇIQLADI
Dünya 150

İsrail Müdafiə Ordusu (SAXAL) Livanda "Hizbullah" hərəkatına qarşı apardığı əməliyatlarda səkkiz hərbçisinin həlak olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə The Times of İsrael qəzeti məlumat yayıb. SAXAL ilk dəfə Livanın cənubunda quru əməliyyatına başladığı gündən bəri itkiləri haqda rəsmi açıqlama verib.

Hərbi dairələrin mətbuat xidmətinin məlumatına görə, kapitan Eytan İshaq Oster, Harel Etinqer və İtak Ariel Qiat, serjantlar Noam Barzilay, Or Mansur və Nazaar İtkin, baş serjantlar Almken Terefe və İdo Broyer öldürülüb. "Eqoz" xüsusi təyinatlı qüvvələrinin zabiti, eləcə də 4 əsgəri və "Qolani" kəşfiyyat briqadasının sıravi əsgəri də ağır yaralanıb.

Mətbuat xidmətinin məlumatına görə, İsrailin Fələstin anklavı ilə sərhəddə yerləşən Qəzza zonasında əməliyyatın başlamasından bu günədək itkiləri 346 nəfər təşkil edib. Yaxın Şərqdə son gərginliyin artmasından sonra isə İsrail hərbçilərinin itkisi isə 723 nəfər təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin 7 oktyabrında HƏMAS radikal hərəkatının üzvlərinin Qəzza zolağından İsrail ərazilərinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşmişdi.

Oxşar xəbərlər

Son xəbərlər