Şarjda qalan telefon bomba kimi partladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə enerjiyə qoşulu vəziyyətdə qoyulan mobil telefonun batareyası partlayıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar əraziyə cəlb olunub.
BAKU.WS xəbər verir ki, hadisə gecə saatlarında Gölbaşı qəsəbəsində yerləşən Yenişehir Zəlzələ Mənzillərində baş verib. Bir vətəndaşın enerji yığan vəziyyətdə saxladığı mobil telefonun batareyası qəfil partlayıb. Məlumat daxil olduqdan sonra əraziyə polis, yanğınsöndürmə xidməti, AFAD, eləcə də qaz və elektrik təchizatı üzrə təcili xidmət qrupları göndərilib.
Əraziyə çatan müvafiq qurumlar təhlükəsizlik tədbirləri görərək hadisə yerində araşdırmalara başlayıblar.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...