Saratov hava limanında məhdudiyyətlər tətbiq edilib - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Saratov hava limanında PUA hücum təhdidi səbəbindən məhdudiyyətlər tətbiq edilib.
BAKU.WS rus mediasına istinadən xəbər verir ki, təyyarələrin qəbul və göndərilməsi üzrə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako öz Telegram kanalında məlumat verib.
"Saratov hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir", - o bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər Moskva vaxtı ilə səhər saat 10-dan etibarən tətbiq olunmağa başlanıb.
Saratov vilayətinin qubernatoru Roman Busargin əvvəlcədən Rusiya Müdafiə Nazirliyindən pilotsuz uçuş aparatlarının hücum təhdidi barədə məlumat gəldiyini açıqlayıb.
Şəhərdə hava sirenası eşidilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...