Sankt-Peterburq İqtisadi Forumu öncəsi Ukraynadan genişmiqyaslı PUA hücumu
Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılışı ərəfəsində Ukrayna tərəfindən genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib.
BAKU.WS xəbər verir ki, Rusiya rəsmilərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Moskva, Sankt-Peterburq və digər qərb bölgələrində 350-dən çox PUA-nı məhv edib.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov hücum nəticəsində şəhərin bir neçə rayonunda dağıntıların qeydə alındığını və yaralananların olduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə uzunmənzilli zərbələr nəticəsində Sankt-Peterburqdakı neft terminalı da daxil olmaqla bir sıra strateji obyektlərin vurulduğunu açıqlayıb.
Hücum Rusiyanın ən nüfuzlu iqtisadi tədbirlərindən biri hesab olunan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun başlanğıcına təsadüf edib.
Qalereya
Oxşar xəbərlər
Hakerlər süni intellekt müdafiəsi əleyhinə nüvə silahının hazırlanmasına dair sorğulardan istifadə edirlər
"Socket" şirkətinin kibertəhlükəsizlik sahəsindəki tədqiqatçıları proqram təminatı təchizat zənciri vasitəsilə hücumlar üçün nəzərdə tutulmuş yeni "Hades" zərər...