Şahzadə xərçəngdən müalicə olunduğu zaman yaşadıqlarından danışdı
Uels şahzadəsi Keyt Middlton xərçəngdən müalicə olunduğu müddətdə keçirdiyi ağır günlərdən danışıb.
BAKU.WS xəbər verir ki, o həyatının bu dövrünü qısaca olaraq "Çox qorxunc təcrübə və enişli-yoxuşlu yol..."adlandırıb.
"Əslində ən çətin proses də elə həmin nöqtədən sonra başlayır. Siz artıq klinikada birbaşa dəstək alırsınız, lakin siz əvvəlki kimi hələ də evdə fəaliyyət göstərə bilmirsiniz. İlkin diaqnoz həmişə çox qorxulu olur. Ancaq daha əvvəl bu prosesi keçmiş insanlarla danışmaq sizə ümid və pozitivlik verir. Belə bir dəstəyə sahib olmaq çox dəyərlidir" - deyə Keyt bildirib.
Şahzadənin adını daşıyan xüsusi qızılgül növünün satışından əldə olunan gəlir "Royal Marsden" Xərçəng Fonduna bağışlanacaq.
Keyt ötən il ona diaqnoz qoyulduqdan sonra "Royal Marsden" Xəstəxanasında müalicə alıb.
Təbiətin müalicəvi gücünə inanan 43 yaşlı şahzadə bu ilin əvvəlində verdiyi müsahibədə "Mənim üçün təbiət çox mənəvi bir yerdir" sözlərini söyləyib.
Qalereya
Oxşar xəbərlər
İsrail Qəzza zolağından daha bir girovun qalıqlarını təhvil alıb
İsrail hərbçiləri Qəzza zolağından daha bir girovun meyitini təhvil alıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin...