Şahzadə Harri Bukingem sarayında qalmaqdan imtina edib
Böyük Britaniya kralı III Çarlzın xəstəliyi xəbərindən sonra onun oğlu şahzadə Harrinin atası ilə barışmaq istəyi ilə bağlı şayiələr yayılsa da kral ailəsinin keçmiş üzvü əslində bunu istəmədiyini sübut edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Kral bu yaxınlarda Londona səfəri zamanı Harriyə Bukingem sarayında qalmaq şansı təklif edib, lakin o, bu təklifi kobud şəkildə rədd edib.
Harrinin məşhur "The Sun" qəzetinin də daxil olduğu "News Group Newspapers"ə qarşı məhkəməsi bu həftə Londonda başlayır.
Onun sözlərinə görə, qəzet onun şəxsi həyatı ilə bağlı qeyri-qanuni məlumat toplayıb. Harri məhkəmədə ifadə verməli idi. Bununla əlaqədar olaraq ingilis kralı onu Bukingem sarayında qalmağa dəvət edib. Lakin şahzadə bu təklifdən imtina edib və Kaliforniyadan Londona yalnız fevral ayında gələcəyini bildirib.
Məqalədə deyilir ki, ekspertlərin fikrincə məhkəmə yeddi həftəyə qədər çəkə bilər.
Oxşar xəbərlər
İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir
İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir. "Report" xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi feysbuk səhifəsində məlumat...