Sağ qalan sərnişin Hökümənin qəhrəmanlığından danışıb
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsində stüardessa kritik anda öz vəzifələrini yerinə yetirərək böyük cəsarət və dözüm nümayiş etdirib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyinə qəza zamanı sağ qalan Sübxonkul Rəhimov məlumat verib.
"Pilotlara daha yaxın olan stüardessa tamamilə soyuqqanlılığını qorudu. Vəziyyət xüsusilə qadın üçün çox ağır idi, amma o, həqiqətən möhkəm dayanırdı," - deyə sərnişin bildirib.
Rəhimovun sözlərinə görə, stüardessa öz işini mükəmməl şəkildə yerinə yetirib. "Bir qadın sizə "sakit olun" deyəndə - bunu xüsusilə bir sərnişin narahatlıq yaratdığı anda dedi - təbii ki, sakitliyi qorumaq lazımdır," - deyə o əlavə edib.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi Aktau yaxınlığında eniş zamanı qəzaya uğrayıb. Təyyarədə ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb.
Təyyarədə olan 16 Rusiya vətəndaşından 7-si həyatını itirib, 9-u sağ qalıb. Sağ qalanlar Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Moskvaya aparılıb. Ekipaj üzvlərindən isə 5 nəfərdən 3-ü sağ qalıb.
Oxşar xəbərlər
ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bi...