Rusiyanın yeni HƏRBİ BAZALARI - İDDİA
Əgər Rusiya Suriyanın qərbindəki hərbi bazalarını tərk edərsə, Moskva Əlcəzair, Sudan və ya Liviyada yeni bazalar qurmağı planlaşdıra bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Rusiya regionda əsas təsir rıçağını itirərsə, o, başqa yerlərdə, o cümlədən Əlcəzair, Sudan və ya Liviyada potensial bazalar axtarmağa başlayacaq.
Nəşr Suriyada Bəşər Əsədin hakimiyyətdən düşməsindən sonra, Rusiya bazalarının gələcəyinin Suriyanın yeni hakimiyyət orqanları ilə aparılacaq danışıqların mövzusu olacağını qeyd edir.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Rusiya Suriyadakı hərbi bazalarını saxlamağı gözləyir, çünki bu bazalar terrorizmlə mübarizədə mühüm rol oynayır. Diplomata görə, regionda terrorizmlə mübarizə hələ bitməyib və kollektiv səylər tələb edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, Rusiyanın Yaxın Şərqdəki mövqelərinin zəiflədiyi barədə yayılan məlumatları təkzib edib.
Oxşar xəbərlər
İsrail ordusu Suriyada yanacaq daşıyan vaqonlara havadan zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Əl-Laziqiyyə şəhərində qatarların hərəkət etdiyi stansiyaya hava hücumu edib. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki...