Rusiyanın məşhur kolbasa məhsullarında təhlükəli bakteriyalar AŞKARLANDI
Rusiyaya məxsus "Myasnitsky Ryad" brendinin məşhur kolbasa çeşidlərində menenjit və ensefalit də daxil olmaqla, ağır infeksiyalara səbəb ola bilən təhlükəli bakteriyalar aşkar edilib.
BAKU.WS "Roskachestvo"nun araşdırmasına istinadən xəbər verir ki, hamilə qadınlar, qocalar, yeni doğulmuşlar və immun sistemi zəif olanlar xüsusilə risk altındadır.
Bundan başqa, digər istehsalçıların məhsullarında da ciddi qanun pozuntuları aşkar edilib.
Belə ki, "Ostankino" kolbasa çişidində allergiya, ürəkbulanma, qusma, nevrit yarada bilən və icazə verilən dozaları aşdıqda böyrəklərə mənfi təsir göstərən antimikrob maddə olan sulfanilamid aşkar edilib.
"Blizhnie Gorki", "Slovo Myasnika", "Achan", "Myasnitsky Ryad" və "Restoria" brendlərinin kolbasa və kupatlarında mütəxəssislər normadan artıq istehlak edildikdə bağırsaqda iltihab, xora əmələ gətirə və şəkər mübadiləsini poza bilən stabilizator olan karragenanı aşkar ediblər.
Artıq "Myasnitsky Ryad" müəssisəsində dezinfeksiya işləri aparılıb və "Rosselxoznadzor" plandankənar yoxlamaya başlayıb.
Oxşar xəbərlər
Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur
Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzmin...