Rusiyanın daha bir şəhərinin hava limanında reys qəbulu və uçuşu məhdudlaşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Nijnekamsk şəhərində yerləşən Beqişevo Hava Limanı 14 yanvar səhəri müvəqqəti olaraq təyyarələrin qəbulunu və göndərişini dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.
"Beqişevo Hava Limanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə saat 08:30-dan etibarən reyslərin qəbulu və göndərilməsini müvəqqəti olaraq dayandırıb," - deyə açıqlamada bildirilib.
Eyni məhdudiyyətlər 14 yanvar səhəri Kazan, Saratov, Kaluqa və Tambov hava limanlarında da tətbiq olunub. Bu qərar Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə dron hücumu fonunda qəbul edilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...