Rusiyanın bu hissələrində hava anomal həddə soyuyacaq
Rusiyanın Avropa hissəsinin cənubunda yaxın həftədə havanın temperaturu iqlim normasından 3-4 dərəcə aşağı enəcək.
BAKU.WS xəbər verir ki, bunu ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, buna səbəb hava kütlələrinin şimal-qərbdən hərəkəti olacaq.
"Krasnodar diyarında, Krımda havanın temperaturu normadan 3-4 dərəcə aşağı olacaq və hətta onda da aşağı düşəcək", - dryə Vilfand izah edib.
Hidrometeorologiya Mərkəzinin məlumatına görə, bu həftə Krasnodar diyarında hava gündüz 7-14, gecə isə 5 dərəcəyədək isti olacaq. Krımda gündüz 15 dərəcəyə qədər isti, gecə isə bir dərəcəyə qədər şaxta gözlənilir.
Xatırladaq ki, daha əvvəl Phobos Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirmişdi ki, noyabrın 4-də Moskvada qar örtüyü əmələ gəlib və həmin gün 21-ci əsrdə ikinci ən yüksək qar örtüyünə çevrilib. Qarın hündürlüyü 6 sm olub ki, bu da 2016-cı ilin rekordunu keçmir.
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...