Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən etibarən təxminən 20 milyard dollar azalıb.
BAKU.WS xəbər verir ki, bunu "Bloomberg Billionaires Index" (BBI) reytinqinin məlumatları ortaya qoyub.
Rusiyalı milyarderlərin ümumi sərvəti ilin əvvəlindən 19,771 milyard dollar geriləyib.
Məlumata görə, dünyanın 500 ən varlı şəxsi arasında Rusiyadan 18 milyarder yer alır. Onların ümumi sərvəti sentyabr ayına olan göstəricilərə əsasən 263 milyard dolları ötüb.
Reytinq hazırlanarkən milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin bazar dəyəri nəzərə alınıb. Bəzi şirkətlər üzrə isə sərvətin hesablanması kapitalizasiya ilə EBITDA nisbəti və ya səhmin qiymətinin səhm üzrə mənfəətə nisbəti əsasında aparılıb.
Qeyd edək ki, "Billionaire Census 2026" hesabatına əsasən, Rusiya milyarderlərin sayına görə dünyada dördüncü yerdə qərarlaşıb.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...