Rusiyalı deputat narkotik saxlamaqda şübhəli bilinərək həbs edilib
Rusiyanın Çuvaş Respublikasında deputatlardan biri narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə regionun rəhbəri Oleq Nikolayev özünün teleqram kanalında məlumat verib.
Respublika başçısının sözlərinə görə, söhbət Alatır bələdiyyə dairəsinin qanunvericisi İvan Samoylovdan gedir. Nikolayev dövlət və bələdiyyə idarəetmə sistemində belə insanlara yer olmadığını qeyd edib və baş verənlərə etika və nizam-intizam baxımından baxmağı təklif edib.
"Mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm və qeyri-qanuni fəaliyyətin hər hansı təzahürlərinə, xüsusən də narkotiklərlə bağlı olanlara qarşı barışmaz mövqe tuturam", - deyə Oleq Nikolaev qeyd edib.
Oxşar xəbərlər
Hangi ölkələrdə süni qidalardan daha çox istifadə olunur?
Son dövrlərin qlobal araşdırmaları göstərir ki, bəzi ölkələrdə gündəlik qida rasionunun böyük hissəsi süni və emal olunmuş məhsullardan ibarətdir. Bu, yalnız qi...