Rusiyada şovinizmin çiçəklənməsi: Məmurların ksenofob qərarları
Rusiyada Azərbaycan diasporu irqi ayrı-seçkiliyə görə təqiblərə məruz qalır.
BAKU.WS xəbər verir ki, "Caliber"in "YouTube" kanalındakı növbəti süjet bu mövzudan bəhs edir.
Bildirilir ki, Rusiya məmurlarının ksenofob qərarları milli və dini ədavəti alovlandırmaqda davam edir.
"Bu həftə Rusiya Təhsil Nazirliyi müəllimlərə gələcək cinayətkarları müəyyən etmək məqsədilə xarici vətəndaşlığı olan şagirdlərə xüsusi nəzarət etməyi tapşırıb. Bu göstəriş təkcə xarici vətəndaşlarla məhdudlaşmır, digər etnik mənsubiyyətə malik Rusiya vətəndaşlarına, o cümlədən yerli xalqlara da şamil edilir. Lakin Rusiyanın demoqrafik vəziyyətini və əmək ehtiyatlarını nəzərə alaraq, əvvəlki əsrin böyük rus millətçiliyini canlandırmaq cəhdləri uğursuzluğa məhkumdur", - deyə videomaterialda vurğulanır.
Daha ətraflı "Caliber"in süjetində:
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...