Rusiyada sərnişin qatarı relsdən çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk–Moskva istiqamətində hərəkət edən sərnişin qatarının 7 vaqonu relsdən çıxıb.
BAKU.WS xəbər verir ki, hadisə saat 06:26-da Bryandino stansiyasında baş verib. İlkin məlumata görə, xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Qəza səbəbindən həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb, əraziyə bərpa qatarları cəlb edilib.
Rusiya Dəmir Yollarında baş verən hadisə ilə bağlı operativ qərargah yaradılıb və insidentin səbəbləri araşdırılır.
Bildirilib ki, hadisə yerinə fəlakət tibbi briqadası və təcili yardım qrupları göndərilib. Faktla bağlı prokurorluq tərəfindən yoxlamalara başlanılıb.
Məlumata görə, qatarın içində 400-dən çox sərnişin olub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...