Rusiyada qəzaya uğrayan təyyarəyə son anda minmədi - Şok DETALLAR
Rusiyada qəzaya uğrayan An-24 təyyarəsindən möcüzəvi şəkildə xilas olmuş sərnişinin qızı faciədən əvvəl baş verən hadisələrin təfərrüatlarını danışıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası Blaqoveşenskdən yaşadığı Tyndaya uçmalı imiş, lakin son anda nəvəsinin qəfil xəstələnməsi səbəbindən planlar dəyişib.
"Köməyə ehtiyacım var, gəl, sonra sənə qatar bileti alaram", dedim.
Onun sözlərinə görə, səhər saatlarında böyük qızının səhhəti qəfil pisləşib - ürəyi bulanmağa başlayıb, mədəsində ağrılar olub. Ailə təcili yardım çağırıb. Məhz həmin an sərnişin Marina Avalyan Tyndada yağan yağış səbəbindən reysin gecikdiyini və təyyarənin hələ havaya qalxmadığını bildirib.
Qız, xüsusən də ən kiçik uşağın cəmi üç aylıq olduğunu nəzərə alaraq anasından uşaqlara kömək etmək üçün evə qayıtmasını xahiş edib. Marina Avalyan baqajı götürərək qızının yanına qayıtmaq üçün hava limanını tərk edib. Ailənin dediyinə görə, nənəsi evə qayıtdıqdan sonra nəvəsi dərhal özünü yaxşı hiss edib - bütün simptomlar qəfildən yox olub. Qohumlar bunu əsl möcüzə hesab edirlər. Marina Avalyan getməli olduğu təyyarənin qəzaya uğradığını xəbərlərdən öyrənib.
Oxşar xəbərlər
İranda Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub
İranda Məhəmməd Baqir Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. BAKU.WS "NourNews"a istinadən xəbər verir ki, bu barədə İran Pre...