Rusiyada qatar qəzası - 2 nəfər öldü, 30-dan çox yaralı var
Rusiyanın Murmansk vilayətində iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 5-i uşaq olmaqla 31 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları teleqram kanalında məlumat verilib.
Bildirilir ki, xəstəxanalarda 14 nəfər var, onlardan dördünün vəziyyəti ağırdır. Hadisə nəticəsində iki sərnişin həlak olub.
"Rusiya Dəmir Yolları həlak olanların ailələrinə lazımi dəstəyi göstərmək üçün hər şeyi edəcək", - deyə daşıyıcının açıqlamasında qeyd olunur.
Şirkət öz tibb müəssisələrində xəsarət almış sərnişinləri pulsuz müalicə və reabilitasiya etməyə hazır olduğunu bildirib. Rusiya Dəmir Yolları həlak olanların yaxınlarına 2,2 milyon rubl ödəyəcək.
Xatırladaq ki, dekabrın 18-də Murmansk və Sankt-Peterburq arasında hərəkət edən qatar yük qatarı ilə toqquşub. Nəticədə üç sərnişin vaqonu, eləcə də bir neçə yük vaqonu relsdən çıxıb.
Qəzaya səbəb yük qatarının nasazlığı ola bilər. Artıq bu qatarın maşinisti və köməkçisi saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
İsrail təyyarələri Yəməndəki "Ənsar Allah"a aid husilərin mövqelərinə zərbələr endirdi
İsrail hərbçiləri Yəmənin şimal hissəsinə nəzarət edən "Ənsar Allah" islamçı hərəkatına aid husilərin yerləşdiyi yerə zərbələr endirib. BAKU.WS xəbər verir ki,...