Rusiyada partlayış - 50 nəfər təxliyə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Çerkessk bölgəsində yaşayış binasında güclü partlayış baş verib.
BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, nəticədə 50 nəfər təxliyə edilib.
Məlumata görə, xilasedicilər insanları zədələnmiş binadan çıxarıb. Ümumilikdə hadisənin nəticələrinin aradan qaldırılmasına 67 nəfər və 22 texnika cəlb olunub.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Qaraçay-Çərkəz Respublikasında baş vermiş hadisənin nəticələrini aradan qaldırır. İlkin məlumata görə, dördüncü və beşinci mərtəbələrdə dağıntılar var", - deyə idarədən bildirilib.
Hadisəyə səbəb qaz sızması göstərilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...