Rusiyada miqrantlara qarşı növbəti reyd keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya pasportu alan onlarla miqrant hərbi komissarlığa aparılıb.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, Perm şəhərində demək olar ki, 50-yə yaxın Rusiya pasportu almış miqrant hərbi komissarlığa aparılıb.
Məlumata görə, şəhərdə ölkənin yeni vətəndaşlarının hərbi qeydiyyata düşmədiklərini aşkar etmək üçün reyd keçirilib. Miqrantlar tikinti sahələrində, ticarət mərkəzlərində, eləcə də nəqliyyat sürücüləri arasında axtarılıblar. Nəticədə, 47 nəfər hərbi komissarlığa gətirilib və onlardan beşi dərhal Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayıb.
Qeyd edilir ki, reyd Rusiya İstintaq Komitəsinin Perm qarnizonunun hərbi istintaq şöbəsi və hərbi komissarlıq işçiləri tərəfindən keçirilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...