Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər

Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər
Dünya 60

"Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq və yalnız xarici pasportlarla açılmasına icazə vermək lazımdır".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy deyib:

"Miqrantlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq zəruridir. Xarici vətəndaşlar bir bankdan və yalnız bir hesabdan istifadə etməlidir. Onlar hazırda Rusiya banklarında hesablarını öz ölkələrinin daxili şəxsiyyət vəsiqəsindən istifadə edərək açırlar".

Onun fikrincə, banklar belə vacib prosesləri yalnız beynəlxalq pasportlar vasitəsilə həyata keçirməlidir.

Oxşar xəbərlər

Dünyədə tək yaşayan insanların ən çox olduğu ölkələr

Dünyədə tək yaşayan insanların ən çox olduğu ölkələr

Dünyada tək yaşayan insanların sayı son illərdə artmaqdadır. Bu trend xüsusilə yüksək gəlirli, şəhərləşmiş ölkələrdə çox müşahidə edilir. Tək yaşayanların çoxlu...

82 Dünya 23:46 11 fevral 2026

Son xəbərlər