Rusiyada mənzil qiymətləri ucuzlaşa bilər - SƏBƏB
Rusiyada mənzil qiymətləri 15 faizədək azala bilər
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyada İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Georgiy Ostapkoviç bildirib.
Ekspert Rusiyada mənzil qiymətlərinin kütləvi endirimli ipoteka kreditlərinin ləğv olunması fonunda 15 faizədək azala biləcəyini açıqlayıb.
O, yeni mənzil üçün verilən ipoteka kreditlərinin dayandırılması səbəbindən tələblə təklif arasında tarazlıq tapmağın çətinləşdiyini qeyd edib.
"O zaman mənzil qiymətlərinin düşməsi və yeni tikinti layihələrinin dayandırılması məntiqlidir," - deyə ekspert bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlaka investisiya qoymağa hazır olanlar pulunu banklarda sərfəli faizlərlə saxlayıblar:
"Çünki ipoteka götürmək çox sərfəli deyil, yeni şərtlərlə bir mənzil iki mənzil qiymətinə başa gəlir."
Ekspert mənzil qiymətlərinin ucuzlaşmasının bir ildən iki ilədək davam edə biləcəyini bildirib.
Oxşar xəbərlər
"Hizbullah"ın baş katibi: "İran Livanda zərər çəkən ailələrə 77 milyon dollar ödəyəcək"
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə yardımı vasitəsilə Beyrutdakı evi tamamilə dağılan hər bir ailəyə ümumilikdə 14 min dollar v...