Rusiyada kərə yağı daha da bahalaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 12-dən 18-dək olan həftə ərzində Rusiyada kərə yağının qiyməti 1,4% artıb.
BAKU.WS xəbər verir ki, ilin əvvəlindən malların dəyəri artıq 30%-dən çox bahalaşıb.
Həftə ərzində digər süd məhsullarında da artım müşahidə edilib. Belə ki sərt, yarımbərk və yumşaq pendirlərin qiymətləri 1,3%, pasterizə olunmuş süd və xama 0,9%, sterilləşdirilmiş südün dəyəri 0,8%, kəsmiyin qiyməti 0,6% qalxıb.
Digər məhsullarda, xüsusilə də tərəvəz məhsullarında da qiymət artımı qeydə alınıb. Dövr ərzində xiyarın qiyməti 11,3%, pomidorun qiyməti 6% bahalaşıb. Ağ kələmin qiyməti 4,7% artıb. Bundan əlavə, soğan (+4,4%), kartof (+3,8%), çuğundur (1,6%) və yerkökü (+1,3%) bahalaşıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...