Rusiyada iri ticarət mərkəzində YANĞIN
Bu gün səhər Rusiyada, Yekaterinburq vilayətinin Marta küçəsi 8 ünvanında yerləşən Qrinviç ticarət mərkəzində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, binanın damından qatı qara tüstü çıxmağa və ərazidə kəskin yanıq qoxusu hiss edilməyə başlayıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn yanğınsöndürmə-xilasetmə qüvvələri binanın damındakı ventilyasiya soyutma sisteminin soyuducu qülləsində yanğının baş verdiyini müəyyən ediblər.
Yanğınsöndürənlər qısa müddətdə 20 kvadratmetr sahədə yanğını söndürüblər. İlkin məlumata görə, ölən və xəsarət alan olmayıb. Hadisənin səbəbini yanğınsöndürənlər müəyyənləşdirəcək.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...