Rusiyada iki yük qatarı toqquşdu - 42 vaqon kömür yerə dağıldı

Rusiyada iki yük qatarı toqquşdu - 42 vaqon kömür yerə dağıldı
Video
Dünya 125

Rusiyada Zabaykal dəmir yolunda iki yük qatarının toqquşması nəticəsində hərəkət tamamilə dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə 22 dekabr yerli vaxtla saat 07:30 radələrində, Zabaykal dəmir yolunun Buşuley-Jireken hissəsində baş verib.

Toqquşma nəticəsində birinci qatardan 35, ikinci qatardan isə 7 kömür yüklü vaqon relsdən çıxıb. Hadisə yerinə bərpa qatarı göndərilib.

İnsident zamanı xəsarət alan olmayıb və ekoloji təhlükə yoxdur.

Hərəkət hər iki istiqamətdə tamamilə dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Ukraynanın əhalisinin sayı nə qədər azalıb? - RƏQƏMLƏR AÇIQLANDI

Ukraynanın əhalisinin sayı nə qədər azalıb? - RƏQƏMLƏR AÇIQLANDI

Ukraynanın əhalisi rəsmi rəqəmlərə görə 28,7 milyon nəfərə enib.  BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Müqayisə üçün, 2019-...

237 Dünya 20:55 19 sentyabr 2025

Son xəbərlər