Rusiyada hava limanları PUA hücumu səbəbindən bağlanıb
Rusiyanın "Tambov" hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako teleqram kanalında bildirib.
Eyni zamanda "Donskoye" hava limanının mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün bağlandığı vurğulanır. Görülən tədbirlər iyunun 24-də saat 08:30 radələrində (Bakı vaxtı ilə 09:30) məlum olub.
Bundan əvvəl Moskvaya pilotsuz təyyarə hücumu ilə əlaqədar "Vnukovo" və "Şeremetyevo" hava limanlarında "Xalça" planı tətbiq edilib. Məhdudiyyətlər saat 2:40-dan etibarən qüvvəyə minib.
Oxşar xəbərlər
ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər
Məşhur aparıcı Müge Anlının proqramında 10 il əvvəl itkin düşən şəxsin doyesi yenidən açılıb. BAKU.WS xəbər verir ki, Mehmet Çabukun 2016-cı ildə öldürüldüyünə...