Rusiyada DİN-in tədris mərkəzində partlayış: 20 nəfər xəsarət aldı
Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində Daxili İşlər Nazirliyinin peşə hazırlığı mərkəzində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Komi üzrə idarəsi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlar dərs zamanı auditoriyada olan tədris mərkəzinin dinləyiciləridir.
İstintaqın məlumatına görə, yanvarın 15-də müəllimlərdən biri təlim məqsədli imitasiya qumbarasını işə salıb. Nəticədə auditoriyada olan tezalışan əşyalar yanaraq yanğına səbəb olub.
Hadisə ilə bağlı müəllim saxlanılıb. Ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham irəli sürülüb. Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Faktla bağlı şahidlər dindirilir, məhkəmə-tibbi ekspertizaları təyin olunub və müvafiq sənədlər götürülüb.
Oxşar xəbərlər
İran və İsrail Putinin vasitəçiliyi ilə gizli mesajlaşıb?
Rusiya Prezidenti Vladimir Putin son günlər həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. BAKU....