Rusiyada dələduzlar uşaq müavinətlərini kütləvi şəkildə mənimsəyir

Rusiyada dələduzlar uşaq müavinətlərini kütləvi şəkildə mənimsəyir
Dünya 73

Rusiyada dələduzlar uşaq müavinətlərini qanunsuz şəkildə mənimsəməyə davam edirlər.

BAKU.WS xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qanunsuz olaraq doğum haqqında şəhadətnamələrin alınması prosesi artıq sistemli hal alıb və mütəmadi olaraq belə qruplar ifşa edilir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, araşdırma tədbirləri zamanı 59 regionda 708 qanunsuz qeydiyyat faktı aşkarlanıb.

Belə ki, xəstəxanadan kənar doğum adı ilə qeydiyyata alınmış uşaqların doğum sənədləri əsasında 631 qadın sosial müavinət və ya analıq pulu əldə edib.

Nazirlikdən bildirilib ki, bu hallar üzrə 52 regionda 229 cinayət işi açılıb və 217 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Son xəbərlər