Rusiyada bu WhatsApp hesabları BLOKLANACAQ
Rusiyada messencerlərdən istifadə etməklə törədilən cinayətlərin sayı 4 ayda 46 faiz artıb. Buna görə, oğurlanmış nömrələr bloklanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis müəyyən edib ki, Rusiyadan kənarda yerləşən saxta zəng mərkəzləri "WhatsApp" nömrələri ilə hesabları icarəyə verir. Qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə cinayətkarların istifadə etdiyi nömrələrə sahib olan hüquqi və fiziki şəxslərə rabitə xidmətlərinin göstərilməsi dayandırılacaq.
Həmçinin Rusiyanın Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, "WhatsApp" hesablarının icarəyə verilməsi cinayətdə ortaqlıq kimi qiymətləndirilir və cinayət məsuliyyətinə səbəb ola bilər.
Oxşar xəbərlər
Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı
Türkiyəli müğənni Güllünün müəmmalı ölümü ilə bağlı məhkəmə prosesində diqqətçəkən detallar üzə çıxıb. Məhkəmə sənədlərində sənətçinin qızı Tuğyan Ülkəm Gülteri...