Rusiyada bir neçə "Ayıqlıq günü" təsis oluna bilər

Rusiyada bir neçə Ayıqlıq günü təsis oluna bilər
Dünya 186

Rusiyada "Xalqın səsi" ictimai birliyi ölkənin Səhiyyə Nazirliyi və Dövlət Dumasına müraciət edərək "Ayıqlıq günləri"nin tətbiqi təşəbbüsü ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, bəzi tarixlərdə alkoqollu içkilərin satışına məhdudiyyət qoyulması təklif edilib.

Həmin günlər aşağıdakılardır:

25 may (Son zəng günü),

28 iyun (Məktəb məzunları günü),

8 iyul (Ailə, sevgi və sədaqət günü),

1 sentyabr (Bilik günü),

3 oktyabr (Ümumdünya Ayıqlıq Günü), – bu barədə Life xəbər verir.

Bu təşəbbüsün əsasında Belarus təcrübəsi dayanır. Həmin ölkədə bəzi bölgələrdə bu kimi tədbirlər artıq həyata keçirilir. Müraciət mətnində qeyd olunur ki, "Ayıqlıq günləri"nin tətbiqi sağlam həyat tərzinin təşviqinə, xüsusən də gənclər arasında alkoqolizmin qarşısının alınmasına və alkoqoldan istifadə ilə bağlı mənfi halların azalmasına xidmət edəcək.

Təşəbbüs müəllifləri yalnız alkoqollu məhsulların satışını müvəqqəti məhdudlaşdırmağı deyil, eyni zamanda həmin günlərdə xüsusi tədbirlərin təşkilini də təklif edirlər. Bu tədbirlərə həkimlərlə görüşlər, alkoqolun zərərləri barədə maarifləndirici proqramlar və sağlam həyat tərzinin təbliği daxildir.

Oxşar xəbərlər

Bu ölkə MDB-dən çıxacaq

Bu ölkə MDB-dən çıxacaq

Moldova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyün əsasını təşkil edən əsas sazişlərin denonsasiya edilməsindən sonra təşkilatın tərkibindən çıxacaq. BAKU.WS...

126 Dünya 22:00 19 yanvar 2026

Son xəbərlər