Rusiyada bankı soymaq istəyən iki haker ƏLƏ KEÇDİ

FSB Şirkət və Bank Məlumatlarını Oğurlamağa Cəhd Edən İki Hakeri Saxlayıb
Rusiyanın Çelyabinsk şəhərində iki haker şirkət və banka məxsus məlumatları oğurlamağa cəhd etdiklərinə görə saxlanılıb.
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, may ayında Çelyabinsk sakini zərərli proqram təminatı vasitəsilə kompüter məlumatlarına qanunsuz giriş əldə etdiyinə görə məhkəmə qarşısına çıxarılıb və 4 il 6 ay şərti cəza alıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs zərərli proqram təminatından istifadə etməklə kommersiya şirkətinin istifadəçilərinə məxsus şəxsi hesab məlumatlarına giriş əldə edib və bu hesabları şəxsi məqsədlərlə istifadə etməyə cəhd göstərib.
Eyni zamanda, may ayında FTX əməkdaşları regionun daha bir sakininin qanunsuz fəaliyyətinin qarşısını alıb. O, kredit-maliyyə təşkilatına məxsus xidməti məlumat bazalarına qeyri-qanuni yolla daxil olaraq bank sirri təşkil edən məlumatları sonradan satmaq niyyəti güdüb.
Bu şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 272.1-ci maddəsi üzrə cinayət işi başlanıb. Həmin maddəyə əsasən (şəxsi məlumatlar saxlayan kompüter məlumatlarının qanunsuz istifadəsi, ötürülməsi, toplanması və saxlanması, həmçinin bu məlumatların qeyri-qanuni yayılması üçün informasiya resurslarının yaradılması və fəaliyyətdə saxlanılması), ona 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Oxşar xəbərlər
Pentaqon Qətərin Kral ailəsindən Trampa təyyarənin verilməsini təsdiqləyib
Pentaqon Qətərdən təxminən 400 milyon dollar məbləğində "Boeing 747-8" təyyarəsinin ABŞ Prezidenti Donald Trampa verilməsini rəsmi olaraq təsdiqləyib. BAKU.WS "...
