Rusiyada 100 minlərlə adam bir həftədir işıqsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Federal Dairənin yüz minə yaxın sakini güclü qar yağması səbəbindən elektrik enerjisini itirib.
BAKU.WS "Mash" teleqram kanalına istinadən xəbər verir ki, ruslar bir həftəyə yaxındır ki, işıqsız yaşayırlar.
Məlumata görə, yağıntı ağacları qırıb, elektrik xətlərini kəsib. Nəticədə Smolensk və Tver vilayətlərində 48 min, Kaluqa vilayətində isə 11 min nəfər elektrik enerjisindən məhrum olub.
Elektrik xətlərinin təmiri işləri artıq altıncı gündür ki, davam edir. Optimist proqnozlara görə, təmir işləri cümə axşamı, noyabrın 28-i axşam başa çatacaq. Ancaq işığın yalnız bu həftənin sonuna doğru qayıtması ehtimalı var. Bundan əvvəl qar yağması səbəbindən Şimali Osetiyanın Popov Xutor kəndi və Balta kəndi işıqsız qalıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...