Rusiya-Ukrayna müharibəsi Antalya forumunun diqqət mərkəzində

Türkiyədə IV Antalya Diplomatiya Forumu start götürüb. Foruma dünyanın 140 ölkəsindən 450-yə yaxın nümayəndə heyəti təşrif buyurub.
Baku TV-nin Antalyada olan əməkdaşı tədbirdən ən son məlumatları çatdırıb.
Bildirilib ki, dünyada siyasətin gücünü artırmaq niyyəti ilə təşkil olunan bu tədbir 3 gün - 11-13 aprel tarixlərində davam edəcək:
"Tərəflər, iştirak edən ölkələrin nümayəndələri bir çox mövzulara toxunacaq, dünyanı narahat edən siyasi, iqtisadi, sosial məsələlərə də aydınlıq gətirərək fikir mübadiləsi aparacaqlar".
Vurğulanıb ki, müzakirə olunması gözlənilən vacib mövzular siyahısında gərginlik yaşanan müharibə ocaqları və ölkələr də var:
"Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması istiqamətində 2 plenar iclas keçiriləcək. Forumda İsrail-Fələstin müharibəsi, "Rəfah" sərhəd-keçid məntəqəsinin yenidən açılması, tərəflərin atəşkəsə əməl etməsi, eləcə də Suriyanın Yaxın Şərqdəki adını yenidən bərpa etməsi kimi mövzular müzakirə olunacaq. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də aktual mövzulardandır".
Ətraflı süjetdə:

Oxşar xəbərlər
"Yeşilçam"ın 85 yaşlı aktyoru vəsiyyətini açıqladı
Məşhur "Yeşilçam" aktyoru Ediz Hun vəsiyyətini açıqladığını bildirib. BAKU.WS xəbər verir ki, o bu barədə "Sosial-İqtisadi İnkişafda Təbiət və İnsan münasibətl...