Rusiya "Oreşnik"lə Lvovu vurdu, Ukrayana BMT-yə müraciət etdi

Rusiya Oreşniklə Lvovu vurdu, Ukrayana BMT-yə müraciət etdi
Video
Dünya 160

Ukrayna Rusiyanın "Oreşnik" raket ilə Lvov vilayətinə endirdiyi zərbədən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Rusiya Lvov vilayətinə qarşı orta mənzilli ballistik raket - "Oreşnik" adlandırılan silahdan istifadə etdiyini iddia edir", – deyə ukraynalı nazir qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın əraziyə belə bir zərbənin endirilməsi Avropa qitəsi üçün ciddi təhlükə yaradır.

Sibiqa həmçinin deyib ki, Ukrayna hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ni, Avropadakı tərəfdaşlarını və beynəlxalq təşkilatları zərbənin detalları barədə məlumatlandırıb və Rusiyanın bu addımlarına qətiyyətli reaksiya verilməsini tələb edib.

Yanvarın 9-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın kritik obyektlərinə, o cümlədən "Oreşnik"dən istifadə edilməklə kütləvi zərbə endirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, bu hücum 2025-ci il dekabrın 29-na keçən gecə Novqorod vilayətində Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdinə cavab olaraq həyata keçirilib.

Rusiya MN bütün hədəflərin vurulduğunu bildirib. Xüsusilə, Putinin iqamətgahına edilən hücum zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının istehsal olunduğu sexlər, eləcə də Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji obyektləri hədəfə alınıb.

Son xəbərlər