Rusiya neftin hər barelinə görə Hindistana 5 dollar endirim təklif edib

Rusiya Hindistana neft tədarükünü davam etdirmək üçün hər barelə 5 dollar endirim təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiyanın "Urals" markalı xam nefti Hindistan limanlarında "Dated Brent" bençmarkı ilə müqayisədə hər barel üçün 5 dollardan çox endirimlə satılmağa başlayıb. Bir həftə əvvəl isə Rusiya neftinə endirimlər sıfıra bərabər idi.
"Kpler Ltd." analitik şirkətinin məlumatına görə, endirim Avropa İttifaqı və ABŞ-nin sanksiyalarını sərtləşdirməsi ilə əlaqədar tətbiq edilib.
Daha əvvəl, Hindistanda dövlət neft emalı zavodlarının (NEZ) müvəqqəti olaraq Rusiya neftini almaqdan imtina etdiyinə dair məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
Lotereyada sərvət qazananlar: Kimlər, harada və necə xərclədilər?
Dünyada milyonlarla insanın arzusu olan lotereya qazanmaq bəzi şanslıların gerçək həyatına çevrilib. Onlar təkcə böyük məbləğlərlə deyil, həm də qazandıqları pu...