Rusiya Kurskda yekun əməliyyata başlayıb

Rusiya Kurskda yekun əməliyyata başlayıb
Dünya 489

Ukrayna hərbçilərini Kursk vilayətindən sıxışdırıb çıxarmaqda olan Rusiya ordusu ötən ilin avqustunda tutulan Sucaya birbaşa hücuma başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə bır sıra mənbələr məlumat paylaşıb.

Bildirilir ki, Kursk vilayətinin azad edilməsi üzrə əməliyyat final mərhələsinə qədəm qoyur.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Ukrayna hərbçiləri Kursk vilayətində Viktorovka, Nikolayevka və Staraya Soroçina yaşayış məntəqələrindən çıxarılıb.

"The Telegraph" nəşri isə yazır ki, 10 min Ukrayna əsgəri Kursk vilayətinin Suca bölgəsində mühasirəyə düşə bilər.

Nəşrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrində xidmət edən hərbçilərdən biri bildirib ki, Kiyev itkilərin qarşısını almaq üçün Kurskun sərhəd bölgəsindən qoşunları çıxarmaq imkanını nəzərdən keçirir.

Məlumatda, həmçinin qeyd olunur ki, Rusiya bölmələrinin irəliləyişi, ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırdığı bir vaxtda baş verib.

Oxşar xəbərlər

Dolu sanitar qovşaq səbəbindən sərnişinlər 10 saat səmada qalıb

Dolu sanitar qovşaq səbəbindən sərnişinlər 10 saat səmada qalıb

Air India-nın Çikagodan Delhi istiqamətində uçan Boeing 777-300ER təyyarəsində sərnişinlər dolu tualetlər səbəbindən 10 saat boyunca səmada qalıb. BAKU.WS xəbə...

271 Dünya 22:10 09 mart 2025

Son xəbərlər