Rusiya İrana yeni hücum helikopterləri verib

Rusiya İrana yeni hücum helikopterləri verib
Foto
Dünya 56

Rusiyaya məxsus "Mi-28NE" tipli hücum helikopterləri (NATO təsnifatına görə Havoc – "Opustoşitel") İrana çatdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Voennıy osvedomitel" adlı teleqram kanalı məlumat yayıb.

Fotoda rəqəmsal kamuflyajlı "Mi-28NE" helikopteri əks olunub. Oxşar rəngləmə 2018-ci ildə keçirilən "Armiya-2018" forumunda nümayiş etdirilən "Mi-28NE" helikopterində də istifadə olunub.

Görüntüdə helikopterin pərlərinin olmadığı, həssas hissələrinin isə xüsusi örtüklərlə bağlandığı müşahidə edilir ki, bu da onun yaxın zamanda nəql edildiyini göstərir. Bildirilir ki, fotodakı helikopter İrana gətirilən Rusiya istehsalı maşınlardan biridir.

Qeyd edək ki, yanvar ayında İranın "Tasnim" agentliyinin jurnalisti səhraya uyğun kamuflyajda olan "Mi-28NE" helikopterinin fotosunu paylaşmışdı. Bu da helikopterlərin İrana çatdırılmasına işarə kimi qiymətləndirilmişdi.

"Mi-28N" helikopteri ilk dəfə 1996-cı ildə uçuş həyata keçirib. Bu hava maşını yerüstü və aşağı sürətli hava hədəflərinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub. "Opustoşitel" 30 millimetrlik 2A42 avtomatik topu, eləcə də tank əleyhinə raketlər və "hava-hava" tipli sursatlar daxil olmaqla müxtəlif silahların asılması üçün qurğularla təchiz olunub.

Son xəbərlər