Rusiya ilə Çin arasında əməkdaşlıq memorandumu imzalanıb
Rusiya ilə Çin arasında əməkdaşlıq memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Xinhua" xəbər agentliyi məlumat yayıb.
İmzalanma mərasimində Rusiya nümayəndə heyətinə Prezident köməkçisi Dmitri Mironov rəhbərlik edib. Çini isə Çin Kommunist Partiyasının Təşkilat Departamentinin rəhbəri Li Canjie təmsil edib.
Li Canjie bildirib ki, Çin Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən kadr idarəçiliyi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.
O, həmçinin vurğulayıb ki, Pekin, Moskvayla birlikdə iki ölkənin liderləri tərəfindən əldə edilmiş mühüm razılaşmaları həyata keçirmək və Rusiya-Çin tərəfdaşlığını daha da inkişaf etdirmək üçün çalışacaq.
Oxşar xəbərlər
Yermak: Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək
Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofi...