Rusiya hökuməti azərbaycanlı turistlərə vizasız rejim tətbiq edə bilər - Gələn ildən…

Rusiya hökuməti azərbaycanlı turistlərə vizasız rejim tətbiq edə bilər - Gələn ildən…
Dünya 331

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi (İİN) ümid edir ki, xaricdən kruiz turistləri üçün Rusiyada müəyyən müddətə vizasız qalma imkanı 2025-ci ildən tətbiq oluna bilər.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev Şərq İqtisadi Forumundakı müsahibəsində bildirib.

Bu mexanizmin 2025-ci ildə işə salına biləcəyi ilə bağlı suala cavab verərək, "Ümid edək" deyib.

Kondratyev xatırladıb ki, oxşar eksperiment əvvəllər Sankt-Peterburqda da aparılıb. Kruiz gəmiləri ilə gələn xarici turistlər orada 72 saata qədər qala bilirdilər. Bu onlara şəhərlə tanış olmağa imkan verir və Rusiyaya müəyyən iqtisadi effektlər qatıb:

"Biz indi bu mexanizmi genişləndirmək üçün Nəqliyyat Nazirliyi ilə işləyirik, ümid edirik ki, yaxın gələcəkdə müsbət qərar veriləcək".

Xüsusilə, bu tədbir Xəzər regionundan Rusiya Federasiyasına turist axınını artıracaq və Azərbaycan və İran vətəndaşlarının diqqətini Rusiyaya səfərə cəlb edəcək:

"Biz beş Xəzəryanı ölkə ilə Xəzər dənizində kruiz turizmi üzrə böyük saziş hazırlamağı planlaşdırırıq ki, bu, müştərək turizm marşrutlarının hazırlanmasını və 72 saat müddətinə vizasız rejimin tətbiqini əhatə edəcək".

İqtisadi İnkişaf Nazirliyinin Çoxtərəfli İqtisadi Əməkdaşlıq və Xüsusi Layihələr Departamentinin direktoru Nikita Kondratyevin sözlərinə görə, bu mexanizmin təyyarə və qatarlara da tətbiqi nəzərdə tutulmur.

Son xəbərlər