Rusiya Google-u da bloklaya bilər
Rusiyada bir sıra xarici sosial platformalara tətbiq olunan məhdudiyyətlər "Google" şirkətini də əhatə edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov açıqlama verib.
Deputat bildirib ki, texniki baxımdan "Google"un ölkə ərazisində bloklanması mümkündür.
Onun sözlərinə görə, lakin Rusiya tərəfi alternativ variant kimi, "Roskomnadzor"un şirkətin üzərinə düşən maliyyə öhdəliklərini yerinə yetirməsi üçün "Google"un yenidən ölkəyə qayıtmasını gözləyə biləcəyini də istisna etmir.
Məlumata əsasən, "Google"un Rusiya telekanalları qarşısında borcu 91,5 kvintilyon rubl həcmində qiymətləndirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiyada "Facebook", "Instagram", "YouTube", "WhatsApp" və "Telegram" platformalarına müxtəlif səviyyəli məhdudiyyətlər tətbiq olunub.
Oxşar xəbərlər
İran parlamenti spikerindən ABŞ-yə xəbərdarlıq: "Danışıqlar şouya çevrilməməlidir"
"Əgər Amerika Birləşmiş Ştatlarının diplomatları İranla ortaq məxrəcə gəlmək niyyətindədirlərsə, Pakistanda baş tutan görüşləri bir şou və manipulyasiya aləti o...